PAŞA Sığorta ASC namizədləri Zərərlərin qiymətləndirilməsi şöbəsinin İcbari nölər üzrə sektorunun kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol sığorta hadisələri nəticəsində yaranan zərərlərin obyektiv qiymətləndirilməsi, ehtiyat hissələrinin və təmir xidmətlərinin bazar dəyərinin təhlili yolu ilə xərclərin optimallaşdırılması və əsassız ödəmələrin qarşısının alınması üçün məsuliyyət daşıyır. Mütəxəssis, müştəri məmnuniyyətini təmin etməklə və sığorta saxtakarlığı hallarını müəyyənləşdirməklə şirkətin maliyyə sabitliyinə və müştəri loyallığına birbaşa töhfə verəcəkdir.
Öhdəliklər
- Zərər qiymətləndirilməsi üçün sənədlərin kənar strukturlardan (avtoservislər, qiymətləndiricilər) əldə edilməsi;
- Sığorta hadisəsi nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi, ehtiyat hissələri siyahısının tərtibi və avtoservislərlə qiymətlərin razılaşdırılması;
- Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və keyfiyyətli icrasının təmin edilməsi;
- Təmir zamanı əvəzlənmiş ehtiyat hissələrinin saxlanılması və ya utilizasiyasının təşkili;
- Sığorta saxtakarlığı hallarının aşkarlanması və əsassız xərclərin qarşısının alınması;
- Yekun zərər məbləğinin təyin edilməsi və məlumatın müvafiq departament əməkdaşlarına və müştərilərə vaxtında ötürülməsi.
Bilik və Bacarıqlar
- Sığorta qanunvericiliyi və qaydaları üzrə biliklər;
- Avtomobil mexanizmləri haqqında texniki biliklər;
- Avtomobil ehtiyat hissələrinin və servis xidmətlərinin bazar dəyəri haqqında məlumatlılıq;
- Yol-nəqliyyat hadisələrinin təfərrüatları üzrə biliklər;
- Obyektiv qiymətləndirmə və analitik düşünmə bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və məsuliyyət hissi;
- Stressə davamlılıq;
- Dil bilikləri: Azərbaycan.
Təhsil və Təcrübə
- Ali təhsil;
- Biznes və ya əlaqəli sahədə 0-1 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.