PAŞA Sığorta ASC namizədləri Tibbi Müqavilələr üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol tibbi sığorta müqavilələrinin idarə edilməsi və sənəd dövriyyəsinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Mütəxəssis müştərilərlə gündəlik əlaqənin qurulması, müqavilə şərtlərinin izahı, sənədlərin hazırlanması üçün məsuliyyət daşıyacaq. Bu vəzifə sığorta əməliyyatlarına dəstək proseslərinin səmərəliliyini artırmaqla şirkətin müştəri məmnuniyyəti hədəflərinə birbaşa töhfə verəcəkdir.
Öhdəliklər
- Tibbi sığorta üzrə müştərilər və onların əlaqəli şəxsləri ilə gündəlik əlaqə qurmaq;
- Müqavilə şərtləri, tərəflərin hüquq və vəzifələri barədə məsələləri həll etmək;
- Tibbi sığorta üzrə sənədləşməni (müqavilələr, şəhadətnamələr, sliplər, əlavələr) aparmaq və müqavilə baglama prosesinə hazırlığı təmin etmək;
- Buraxılmış sığorta sənədlərinin skan olunmasını və sənəd dövriyyəsini təmin etmək;
- Tibbi sığorta üzrə müvafiq hesabatları hazırlamaq.
Bilik və Bacarıqlar
- MS Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı;
- Azərbaycan Respublikasının sığorta qanunvericiliyi üzrə biliklər;
- Yüksək ünsiyyətqurma və komandada işləmə bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və fikri aydın ifadə etmə qabiliyyəti;
- Yaranan şəraitə tez reaksiya vermək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.