PAŞA Sığorta ASC namizədləri Zərərlərin qiymətləndirilməsi şöbəsinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu rol sığorta hadisələri üzrə zərərlərin obyektiv və dəqiq qiymətləndirilməsinə, xərclərin effektiv idarə olunmasına və qiymətləndirmə funksiyasının strateji inkişafına cavabdehdir. Vəzifə sahibi zərər məlumatlarını və bazar dinamikasını təhlil edərək data əsaslı qərarların qəbulunu təmin etməli, yüksək məbləğli və mürəkkəb zərərləri idarə etməli, həmçinin İddialar, Anderraytinq, Satış və digər biznes funksiyaları ilə effektiv əməkdaşlığı qurmalıdır.
Öhdəliklər
- Zərərlərin qiymətləndirilməsi funksiyasının strategiyasını və fəaliyyət modelini formalaşdırmaq, şöbənin prioritetlərini şirkətin biznes hədəfləri ilə uzlaşdırmaq;
- Zərər məlumatlarını və bazar dinamikasını təhlil edərək data əsaslı qərarların qəbulunu təmin etmək;
- Zərərlərin obyektiv, əsaslandırılmış və bazar qiymətlərinə uyğun qiymətləndirilməsinə nəzarət etmək, vahid metodologiya və standartları tətbiq etmək;
- Mürəkkəb və yüksək məbləğli zərərləri nəzərdən keçirmək və kritik hallar üzrə əsaslandırılmış qərarlar vermək;
- Təmir, bərpa, ehtiyat hissələri və digər xərc komponentlərini bazar göstəriciləri ilə müqayisə edərək xərclərin minimallaşdırılmasını təmin etmək;
- Servis mərkəzləri, müstəqil qiymətləndiricilər, ekspertlər və digər xarici tərəfdaşlarla əməkdaşlığı qurmaq və onların fəaliyyətini qiymətləndirmək.
Bilik və Bacarıqlar
- Sığorta biznesi, zərərlərin qiymətləndirilməsi, Anderraytinq, Satış və tarifləndirmə prinsipləri üzrə dərin biliklər;
- Məlumatları təhlil edərək biznes qərarlarına çevirmək bacarığı ilə güclü analitik və strateji düşüncə;
- Bazar və qiymət dinamikasını təhlil etmək və kommersiya təsirlərini qiymətləndirmək bacarığı;
- Güclü liderlik, qərarvermə, danışıqlar aparmaq və performansın idarə edilməsi bacarıqları;
- Təşəbbüskarlıq, çeviklik, yüksək enerji və nəticəyönümlülük;
- MS Excel və analitik alətlərlə yüksək səviyyədə işləmək bacarığı (Power BI biliyi üstünlükdür);
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Maliyyə, İqtisadiyyat, Sığorta, Biznesin idarə olunması, Mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil;
- Sığorta sektorunda (zərərlərin qiymətləndirilməsi, iddialar, anderraytinq) və ya avtomobil servis mərkəzlərində minimum 5 il iş təcrübəsi;
- Avtomobil və ya texniki ekspertiza istiqaməti üzrə sertifikatlar üstünlükdür.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.