PASHA Insurance

PASHA Insurance

·4 days ago

Zərərlərin qiymətləndirilməsi şöbəsinin könüllü növlər üzrə sektor rəhbəri

Apply now

Location

onsite, Baku, Baki, Azerbaijan

Commitment

Full Time

Level

Director

Required skills

Insurance legislationClaims assessmentVehicle technical knowledgeMarket price analysisFraud detectionNegotiation skillsCommunication skillsAttention to detailStress resistanceAuto repair knowledgeCost optimizationTeam leadership

Job Description

PAŞA Sığorta ASC namizədləri Zərərlərin qiymətləndirilməsi şöbəsinin Könüllü növlər üzrə sektor rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol könüllü sığorta növləri üzrə zərərlərin qiymətləndirilməsi sektoruna rəhbərlik etməyi, komandanın fəaliyyətinə nəzarəti və sığorta hadisələrinin tənzimlənməsi prosesinin strateji idarəedilməsini əhatə edir. Mütəxəssis bazar qiymətlərini təhlil edərək təmir və ehtiyat hissələri üzrə xərclərin optimallaşdırılması, yüksək keyfiyyətli xidmətin təmin edilməsi, dələduzluq hallarının qarşısının alınması və bununla da şirkətin maliyyə maraqlarının qorunması və müştəri loyallığının artırılması üçün məsuliyyət daşıyır.

Öhdəliklər

  • Könüllü sığorta növləri üzrə sektoru idarə etmək və komanda üzvlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək;
  • Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərəri müəyyənləşdirmək, hissələrin siyahısını tərtib etmək və təmir prosesinə ümumi nəzarəti təşkil etmək;
  • Təmir-bərpa işləri üçün avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar dəyərinə uyğunluğunu yoxlamaq və qiymətləri razılaşdırmaq;
  • Dəymiş zərərin optimallaşdırılması məqsədilə ehtiyat hissələrinin və servis xidmətlərinin minimum bazar dəyərini müəyyən etmək;
  • Əsassız ödənişlərin qarşısını almaq və potensial sığorta dələduzluğu hallarını aşkar edərək araşdırmaq;
  • Zərərin qiymətləndirilməsi ilə bağlı sənədləri kənar strukturlardan (avtoservislər, qiymətləndiricilər) əldə etmək;
  • Təmir zamanı əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasını və ya utilizasiyasını təşkil etmək.

Bilik və Bacarıqlar

  • Sığorta qanunvericiliyi və müvafiq qaydalar üzrə biliklər;
  • Avtomobilin texniki quruluşu, ehtiyat hissələri və onların bazar dəyəri haqqında dərin biliklər;
  • Avtomobil təmiri və servis xidmətləri sahəsində məlumatlılıq;
  • Tikinti sahəsi üzrə ilkin biliklər;
  • Yüksək ünsiyyət və danışıqlar aparma bacarığı;
  • Məsuliyyətlilik, detallara diqqət və stressə davamlılıq;
  • Dil bilikləri: Azərbaycan

Təhsil və Təcrübə

  • Ali təhsil;
  • Biznes və ya aidiyyəti sahədə 0-1 il iş təcrübəsi.

Biz Sizə Təklif Edirik

  • Dəyər yaradan işlər
  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
  • Birlikdə güclənən komanda
  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
  • Davamlı inkişaf imkanları
  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
  • Etimada əsaslanan iş mühiti
  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Ready to join the team?

Apply now