PAŞA Sığorta ASC namizədləri Sığorta tələblərinin idarəolunması şöbəsinin İcbari növlər üzrə sektoruna mütəxəssis/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə icbari sığorta növləri üzrə sığorta hadisələrinin tam və düzgün tənzimlənməsi prosesinə cavabdehdir. Siz sığorta tələblərinin idarə olunması, müvafiq sənədləşmənin aparılması, müştərilər və üçüncü tərəflərlə effektiv kommunikasiyanın qurulması, eləcə də mübahisəli məqamların araşdırılması vasitəsilə müştəri məmnuniyyətinin təmin edilməsində və şirkətin əməliyyat effektivliyində mühüm rol oynayacaqsınız.
Öhdəliklər
- Sığorta hadisələri üzrə iddiaların tam və dəqiq tənzimlənməsi prosesini təmin etmək;
- Sığorta hadisələri üzrə sənədləşməni və uçotu aparmaq;
- İcraatda olan sənədlərin bütövlüyünü, saxlanmasını və elektron nüsxələrinin müvafiq sistemə daxil edilməsini təmin etmək;
- Hadisə ilə bağlı materialların toplanması üçün müvafiq dövlət orqanlarına və təşkilatlara sorğular göndərmək və prosesi idarə etmək;
- Sığortalılar, onların nümayəndələri və zərərçəkən üçüncü şəxslərlə birbaşa ünsiyyəti və sənədləşmə əməliyyatlarını keyfiyyətli şəkildə təşkil etmək;
- Sığorta tələbləri ilə bağlı müraciətləri və iradları qəbul etmək, sığorta ödənişi üzrə mübahisəli məqamları müqavilə əsasında araşdırmaq.
Bilik və Bacarıqlar
- Problemləri operativ müəyyənləşdirmək və həll etmək bacarığı;
- Analitik düşünmə və təhlil bacarığı;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də işgüzar yazışma bacarıqları;
- MS Office proqramlarını bilmək;
- Komandada işləmək və effektiv əməkdaşlıq etmək bacarığı;
- Gərgin iş şəraitində və məhdud zaman çərçivəsində işləmək bacarığı;
- İşlərin prioritetləşdirilməsi və vaxtın səmərəli idarə olunması;
- Öyrənməyə, yeni bilik və bacarıqlar əldə etməyə yüksək motivasiya;
- Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
- Stressə davamlılıq, təşəbbüskarlıq və məqsədyönlülük.
Dil bilikləri
Azərbaycan, İngilis, Rus
Təhsil və Təcrübə
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması);
- Hüquq sahəsində təhsil arzuolunandır;
- Biznes sahəsində minimum 3 il iş təcrübəsi;
- Sığorta sahəsi üzrə müvafiq sertifikatların olması arzuolunandır.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.