PAŞA Sığorta ASC namizədləri Müqavilələr şöbəsi üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə Sığorta Əməliyyatlarına dəstək departamentinin Müqavilələr şöbəsinin fəaliyyətində mühüm rol oynayır. Əsas məqsəd daxili departamentlərin sorğuları əsasında sığorta sənədlərinin (şəhadətnamələr, müqavilələr, hesab-fakturalar) vaxtında və dəqiq hazırlanmasını təmin etməklə müştəri məmnuniyyətini artırmaq və şirkətin əməliyyat səmərəliliyini dəstəkləməkdir.
Öhdəliklər
- Müştərilərə informasiya dəstəyinin göstərilməsi;
- Müştəri tələbatı və sorğulara uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələrin, razılaşmaların və digər əlaqəli sənədlərin hazırlanması;
- Lazımi məlumatların əldə edilməsi üçün daxili departamentlər ilə əlaqənin qurulması;
- Hazırlanmış sığorta şəhadətnamələrinin və digər sənədlərin skan edilməsi və müştərilərə göndərilməsi;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bilik və Bacarıqlar
- MS Office proqramları (xüsusilə Excel) ilə sərbəst işləmə bacarığı;
- Sığorta qanunvericiliyi üzrə biliklər;
- Güclü ünsiyyət və komandada işləmə bacarıqları;
- Yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqət;
- Dəyişən şəraitə tez uyğunlaşma və çevik reaksiya göstərmə bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus.
Təhsil və Təcrübə
- Ali təhsil (bakalavr dərəcəsi);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.