PAŞA Sığorta ASC namizədləri İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bu vəzifə İnsan resursları əməliyyatlarının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına tam uyğun şəkildə idarə edilməsinə, proseslərin optimallaşdırılmasına və hesabatlılığın təmin edilməsinə cavabdeh olan aparıcı roldur. Mütəxəssis işə qəbuldan xitam proseslərinədək bütün sənədləşmə dövriyyəsinə nəzarət edəcək, İR göstəriciləri üzrə analitik hesabatlar hazırlayacaq və əməliyyatların səmərəliliyini artırmaq üçün təkliflər verəcəkdir.
Öhdəliklər
- İşə qəbul, vəzifə və struktur dəyişikliyi, əmək müqaviləsinin xitamı ilə bağlı əmrlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Əmək müqavilələrinin, tam maddi məsuliyyət müqavilələrinin və onlara əlavələrin ƏMAS üzərindən vaxtında qeydiyyatı;
- Sınaq müddətlərinin, müddətli və təcrübəçi müqavilələrinin bitmə tarixlərinin izlənilməsi;
- Məzuniyyət, xəstəlik, ezamiyyət, analıq və digər işə gəlməmə hallarının rəsmiləşdirilməsinə nəzarət;
- Şəxsi işlərin, əmr kitablarının və reyestrlərin qaydasında aparılmasına nəzarət;
- Əmək Məcəlləsi və əlaqəli normativ aktlardakı dəyişikliklərin izlənilməsi və proseslərə təsirinin təhlili;
- Daxili sənədlərin, əmr və müqavilə şablonlarının qanunvericiliyə uyğunlaşdırılması;
- Dövlət Əmək Müfəttişliyi və digər dövlət qurumlarının sorğularının və yoxlamalarının icrası;
- Əməkdaşlara və rəhbərlərə əmək qanunvericiliyi üzrə məsləhət verilməsi;
- Headcount, dövriyyə (turnover), məzuniyyət qalıqları və digər HR göstəriciləri üzrə hesabatların hazırlanması;
- Rəhbərliyin sorğusu əsasında analitik hesabatların və təqdimatların hazırlanması;
- 1C, ƏMAS və headcount faylı arasında məlumatların uyğunluğunun yoxlanılması;
- Proseslərin təhlili, manual işlərin sadələşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflərin verilməsi;
- Şöbə əməkdaşlarının hazırladığı sənədlərin yoxlanılması və onlara metodiki dəstəyin göstərilməsi;
- Şöbə rəhbərinin verdiyi digər tapşırıqların icrası.
Bilik və Bacarıqlar
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, sosial və icbari sığorta, miqrasiya və vergi qanunvericiliyi üzrə dərin biliklər;
- MS Excel proqramında yüksək səviyyəli biliklər (VLOOKUP/XLOOKUP, INDEX/MATCH, SUMIFS/COUNTIFS, Pivot Table);
- 1C (kadr və əmək haqqı modulu) və ƏMAS sistemləri ilə işləmə bacarığı;
- Power Query və ya Power BI bilikləri üstünlükdür;
- Elektron dövlət portalları ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət və nəticəyönümlülük bacarıqları;
- Məsuliyyət, punktuallıq və detallara qarşı diqqətlilik;
- Dil bilikləri: Azərbaycan.
Təhsil və Təcrübə
- Ali təhsil (Bakalavr dərəcəsi);
- İnsan Resursları sahəsində ən azı 5 il iş təcrübəsi.
Biz Sizə Təklif Edirik
- Dəyər yaradan işlər
- Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.
- Birlikdə güclənən komanda
- Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.
- Davamlı inkişaf imkanları
- Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.
- Etimada əsaslanan iş mühiti
- Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.